Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ucarda VAZ üç iribuynuzlu heyvanı vurdu, sürücü xəsarət aldı

103 Baxış

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axsam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Lək kəndinin sakini, 1983-cü il təvəllüdlü Pərviz Əmirxan oğlu Cəbrayılov idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə qarşısına çıxan üç iribuynuzlu heyvanı vurub.

Nəticədə P.Cəbrayılov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678