Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda vəzifəli şəxs işdən azad edildi

126 Baxış

Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov vəzifəsindən azad edilib.

Oxu.Az-ın məlumatına əsasən, onun vəzifəsindən azad olunmasına səbəb Ali Məhkəməyə hakim təyin edilməsidir.

Onun Milli Məclisdəki vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Milli Məclisin mayın 21-də keçirilən iclasında Ali Məhkəməyə səkkiz hakim təyin olunub, onlardan biri də S.Kərimovdur.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678