Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şirvan Şəhər Doğum Evi xəstədən rüşvət tələb edib? – İDDİA + AÇIQLAMA

294 Baxış

Salyan sakini Şirvan Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Şirvan Şəhər Doğum Evindən şikayətçidir.

Oxu.Az xəbər verir ki, bu barədə şikayət sosial şəbəkədə paylaşılıb. Paylaşımda iddia edilir ki, Salyan rayonu Qarabağlı kənd sakini İmanova Sevanə Rüzgar qızı bir neçə gün öncə Şirvan Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Şirvan Doğum Evində əməliyyat keçirib.

Əməliyyat müqabilində vətəndaş tibb müəssisəsinə 500 AZN ödəyib. Xanımın həyat yoldaşı E.İmanov S.İmanovanı xəstəxanadan çıxarmaq istəyəndə həkimlər buna imkan verməyiblər. Səbəb olaraq isə xəstəyə Qan Bankından qan götürüldüyünü və bunun müqabilində pulun ödənilməli olduğu deyilib.

Vətəndaş isə ödədiyi 500 AZN vəsaitə bu pulun da daxil edildiyini və ondan istənilən əlavə məbləğin rüşvət olduğunu iddia edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678