Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ekspertdən proqnoz: “İcazə verilərsə, 200 minə yaxın toy olacaq” – VİDEO

115 Baxış

“Azərbaycanda tam miqyaslı toylara icazə verilsə və ertələnən nikahlar da nəzərə alınsa, bir il ərzində bizi 200 minə yaxın yeni toy məclisi gözləyir.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında marketoloq Firdovsi Xəlilov deyib. O bildirib ki, pandemiyadan sonra xaricdən toy məclislərinin cəlb edilməsinə diqqət ayrılmalıdır:

“Toy mərasimlərinin hər birindən 20-25 min manat civarında pul toplanır. Bundan isə gənc ailələr 4-5 min manat qazanır. Bu vəsaitlər real sektorda dövr etdiyi müddətdə yeni iş yerləri yaranır. Təklif edirəm ki, pandemiya bitdikdən sonra xaricdən Azərbaycana illik 15-20 min civarında toy cəlb etməyi hədəf qoyaq. Məsələn, İran İslam Respublikasında əyləncə məhduddur, iranlılar isə əyləncəni sevir. Əgər təyyarə biletləri münasib olsa və il ərzində 10-15 min toy cəlb edilsə, həm əlavə vəsait cəlb etmiş olarıq, həm də bir çox insanı işlə təmin edərik. Lakin yenə də bütün iqtisadiyyatı toyların ümidinə buraxmaq olmaz”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678