Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda 100 minlik evlilik təklifi edən şəxs kimdir? – TƏFƏRRÜAT

131 Baxış

Bakıdakı təmtəraqlı və qeyri-adi evlilik təklifi ilə bağlı videogörüntülər ictimaiyyətdə rezonans doğurub. Paytaxtın məşhur hotellərindən birində baş tutan evlilik təklifi dəbdəbəsi ilə göz oxşayıb.

Böyük hissəsi dronla çəkilən və video çəkilişləri fotoqraf-rejissor Cəlal Kəngərliyə məxsus olan kompozisiyaya 100 mindən çox pul xərcləndiyi iddia olunur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan videogörüntü müəllifi Cəlal Kəngərli sözügedən gəncin adını açıqlamayıb, lakin bildirib ki, həmin şəxs Türkiyədə yaşayan biznesmendir:

“Həyatını sıfırdan quran bir insandır. Xanımı da sadə bir vətəndaşdır və azərbaycanlı iş adamının qızıdır”, – deyə rejissor əlavə edib.

Cəlal Kəngərli videoya 100 min manat xərclənməsi məsələsinə də münasibət bildirib. O deyib ki, evlilik təklifi ilə bağlı kompozisiyaya 40 min 800 manat pul xərclənib:

“100 min iddiası doğru deyil. O gənc yaxından tanıdığım biridir. Sadəcə xərcləri o qədər tutub, şirkət xərclərini əlavə etməmişik. Normalda adi müştəri üçün belə görüntüləri 50-60 min manata edirik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678