Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusla mübarizəyə xərclənmiş vəsaitin miqdarı AÇIQLANDI

111 Baxış

Ötən il COVID-19-la mübarizə aparan tibb işçilərinə 185,5 milyon manat əlavələr ödənilib.

Bu barədə Oxu.Az Azərbaycanın 2020-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə istinadən xəbər verir.

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsinə 612,5 milyon manat vəsait ayrılıb. 

Bu vəsaitdən 185,5 milyon manat koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavələrin ödənilməsinə, 248 milyon manat zəruri tibbi ləvazimatlar və avadanlıqlar, dərman vasitələrinin alınmasına, 112,8 milyon manat çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin olunmasına, 21,1 milyon manat karantin müəssisələrində nəzarətə götürülmüş şəxslərə zəruri xidmətlərin göstərilməsinə, 45,1 milyon manat isə nəzərdə tutulmamış bir sıra zəruri tədbirlərin həyata keçirilməsi üçün xərclənmişdir.

Qeyd edək ki, ümumilikdə sənədə əsasən, Səhiyyə sahəsi üzrə dövlət proqramlarının və məqsədli tədbirlərin həyata keçirilməsinə 771,7 milyon manat vəsait ayrılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678