Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sumqayıtda iki avtomobil toqquşdu, xəsarət alan var – FOTO

109 Baxış

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un məlumatına görə, hadisə Zülfi Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, 50-DH-450 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil döngədən gələn 50-DE-192 dövlət nömrə nişanlı “Opel Vectra” markalı avtomobili gözləməyərək ona çırpılıb.

Hadisə nəticəsində bir nəfər (şəxsiyyəti müəyyənləşdirilir-red) xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678