Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gün magistraturaya qəbul imtahanı keçirilir

121 Baxış

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirilir.

Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın yeddi şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 63 imtahan binasında aparılır.

İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır və üç saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak etmək üçün 14 693 bakalavr ərizə təqdim edib. Onlardan 13 529 nəfəri Azərbaycan bölməsi, 1 164 nəfəri rus bölməsi üzrə imtahan verir.

Qəbul imtahanı Bakıda 42, Sumqayıtda beş, Abşeronda üç, Gəncədə beş, Naxçıvanda iki, Mingəçevirdə dörd, Lənkəranda iki binada təşkil olunur. Bakıda 10 288, Naxçıvanda 512, Gəncədə 1 120, Sumqayıtda 1 071, Abşeronda 602, Mingəçevirdə 713, Lənkəranda 387 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 169 imtahan rəhbəri, 1 365 nəzarətçi-müəllim, 126 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678