Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİN rəsmisi: “Polisin inzibati tədbir görmək ilə bağlı öhdəliyi yoxdur”

112 Baxış

“Cəzalanan adam özünə bir bəraət qazandırmaq üçün müxtəlif bəhanələr gətirə bilir”.

Bu sözləri “Report”un “Hüququnuz var” verilişində Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bu gün polislərin üzərində 10 və ya 50 vətəndaş barəsində inzibati tədbir görməsi ilə bağlı öhdəlik yoxdur:

“Mən bunu qeyd-şərtsiz qeyd edirəm. Vətəndaş bilməlidir ki, polis insanların sağlamlığı üçün bu prosesi icra edir. Polis əməkdaşları cəmiyyətin nümayəndələrinin qaydalara, qanunlara riayət etməyə sövq edirlər. Pandemiya şəraitində bizim əsas işimiz vətəndaşların maraqlarını təmin etməkdir. Bu, bizim ümummilli marağımızdır.

Vətəndaş bəzən polisdən şikayət edir, lakin elə hallar var ki, özünü polis əməkdaşına düzgün təqdim etmir. Bütün bu məsələlər konstitusiya ilə tənzimlənir. Yəni, vətəndaş öz hüququnu və vəzifəsini düzgün yerinə yetirərsə, heç bir halda polis vətəndaşı məsuliyyətə cəlb edə bilməz. Belə bir fakt yoxdur. Tibbi maskadan düzgün istifadə qaydası var və maska çənənin altında, burun nahiyəsindən aşağıda saxlanıla bilməz. Polis də bu xalqın övladıdır, o da çalışır ki, vətəndaşların sağlamlıqları qorunsun”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678