Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Binə qəsəbəsində YENİLİK – FOTO

122 Baxış

Binə qəsəbəsində yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Binə qəsəbəsinin Əli İsazadə küçəsinin “Ədalət” parkının qarşısından keçən hissəsində müvafiq tədbirlər görülüb.

Görülən tədbirlər çərçivəsində ərazidə işıqfor obyektləri quraşdırılıb, müvafiq yol nişanları və nişanlanma xətləri təşkil edilib, nizamlanan eyni səviyyəli piyada keçidləri çəkilib. Bununla yanaşı, eyni səviyyəli piyada keçdilərinin önündə panduslar inşa olunub.

Aparılan işlər nəticəsində sözügedən yolun kəsişməsində nəqliyyat axınları arasındakı mövcud problemli nöqtələr aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678