Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AİJA Həmid Həmidovun iştirakı ilə “Jurnalistika və bloqinq” mövzusunda onlayn görüş keçirəcək – FOTO

219 Baxış

Tanınmış jurnalist-bloqer, “Global Media Group”un Media Direktoru Həmid Həmidovla “Jurnalistika və bloqinq” mövzüsünda onlayn görüş olacaq.

Onlayn görüş UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi – Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən keçiriləcək.

Oxu.az və inSportPress-lə birgə, Etopaz-ın baş sponsorluğu, Media.az, İdman TV, Qazet.az və Estafet.az-ın informasiya dəstəyi ilə baş tutacaq görüşdə idman jurnalistləri, jurnalistika fakültələrinin tələbələri və məzunları iştirak edə biləcəklər. 

Bakının da ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı öncəsi təşkil olunacaq görüşdə iştirak etmək istəyənlərin [email protected] elektron poçtuna və ya +994507656877 vatsap nömrəsinə şəxsiyyəti təsdiq edəcək sənəd, iş vəsiqəsi və ya tələbə biletinin fotosunu göndərməklə qeydiyyatdan keçməsi xahiş olunur.

Müraciətlər mayın 29-u saat 21.00-a kimi qəbul olunacaq.

Qeyd edək ki, görüş mayın 30-u saat 12.00-da baş tutacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678