Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ceyhun Bayramov Ermənistanla sərhədin delimitasiyasından DANIŞDI

118 Baxış

Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası heç zaman baş verməyib. Burada hər hansı fikir ayrılığı olduğu təqdirdə belə bunun beynəlxalq səviyyədə qəbul olunmuş həll mexanizmi var.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, həll mexanizmi ondan ibarətdir ki, lazım olarsa, dövlətlər işçi qrupu yaratmalıdır:

“Müəyyən işçi komissiyası yaradılmalı, mütəxəssislər cəlb edilməlidir. Burada hər hansı siyasi isteriya formasında deyil, normal proqmatik formada iş aparılmalıdır. Sərhədlərin delimitasiyası olmalıdır. Bundan sonra hər bir tərəf beynəlxalq sərhədlərə hörmətlə yanaşmalıdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678