Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ETSN-nin teleqram kanalı istifadəyə verilib

187 Baxış

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram kanalı fəaliyyətə başlayıb.

Nazirlikdən verilən məlumata görə, “ecogovaz” adlı kanalda ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlərlə bağlı xəbərlər, nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirilən yeniliklər və digər ekoloji məsələlər barədə məlumatlar paylaşılır.

Nazirliyin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə abunə ola və nazirliyin gündəlik xəbərlərini əldə edə bilərlər. 

https://t.me/ecogovaz

Qeyd edək ki, ETSN-nin “Facebook”, “Twitter”, “Instagram” və “Youtube” sosial şəbəkələrində rəsmi səhifələri də fəaliyyət göstərir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678