Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağcabədidə iki avtomobil toqquşdu: Xəsarət alan var

108 Baxış

Ağcabədidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun F.Əlizadə küçəsi 104 ünvanında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Telman İmanov xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə rayon xəstəxanasına, daha sonra isə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Ona sol əlin üç və dördüncü daraq sümüklərinin sınığı diaqnozu qoyulub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678