Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qapılar bağlanır, növbəti stansiya…” – Cəmi üç gün sonra + FOTOREPORTAJ

122 Baxış

“Qapılar bağlanır, növbəti stansiya…”

Bu səsləri yəqin ki, hər kəs səbirsizliklə gözləyir. Nazirlər Kabineti yanında operativ qəragahın sonuncu qərarına əsasən 31 may tarixindən etibarən Bakı metrosu yenidən sərnişinlərin istifadəsinə veriləcək.

Oxu.Az xəbər verir ki, ümumilikdə metropoliten pandemiya dövründə texniki cəhətdən hər zaman fəaliyyətə hazır vəziyyətdə saxlanılıb. Lakin, buna baxmayaraq bu gün metropoliten işçiləri sərnişinlərin görüşünə hazırlaşır.

Metrostansiyalarda təmizlik işləri, dezinfeksiya tədbirləri görülür. 

Son zamanlar ölkəyə gətirilən qatarların sayında da artım var. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, ilin ikinci yarısında Bakıya daha dörd yeni qatar gətiriləcək:

“2021-ci ildə planlaşdırıldığı kimi hər biri beş vaqondan ibarət olan dörd yeni qatar (cəmi 20 vaqon) sifariş verilib. Qatarlar Rusiyanın “Metrovaqonmaş” şirkəti tərəfindən istehsal olunur. İlin ikinci yarısında həmin qatarlar Bakıya gətiriləcək. Müvafiq sazlama sınaq mərhələsindən sonra isə sərnişinlərin xidmətinə veriləcək”.

Vaqonların içərisində sosial məsafənin qorunması məqsədilə məlumatlandırıсı lövhələr yerləşdirilib. Eləcə də platformalarda koronovirus pandemiyasına qarşı maarifləndirici elanlar yapışdırılıb.

Ümid edirik ki, metronun yenidən fəaliyyətə başlaması ictimai nəqliyyatdakı sıxlığı nisbətən də olsa azaltmağa dəstək olacaqdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678