Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Metropoliten rəsmisindən “8 Noyabr” stansiyası ilə bağlı AÇIQLAMA

155 Baxış

“8 Noyabr” stansiyasının açılışı ilə Bakı Metropolitenində stansiyaların sayı 26-ya, istismarda olan tunellərin uzunluğu isə 40 kilometrə çatır.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

H. Məmmədovun sözlərinə görə, “Bənövşəyi” xəttin “8 Noyabr” stansiyası başlanğıcını Xocasən qəsəbəsindən götürüb Qaraçuxur qəsəbəsinə qədər uzanacaq 12 stansiyadan və 18,5 km tuneldən ibarət xəttin 3-cü stansiyasıdır.

Ümumilikdə 17 eskalator və üç liftdən ibarət olan stansiya üçsəviyyəlidir və fiziki məhdudiyyətli şəxslərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb”.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678