Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət edilib

109 Baxış

Əvvəlcədən də məlumat verildiyi kimi “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək dayandırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətin tətbiq olunduğu müddət ərzində əhalinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün trekin və onun ətrafındakı küçələrdən keçən marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdirilib.

“Əhaliyə müraciət edərək müvəqqəti xarakter daşıyan dəyişiklikləri və məhdudiyyətləri anlayışla qəbul etmələrini xahiş edirik. Ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi, daha çox ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik. Bu, yollarda nəqliyyat vasitələrinin, xüsusən də müntəzəm və ekspress xətlər üzrə avtobusların maneəsiz hərəkəti, lüzumsuz sıxlıqların yaranmaması baxımından əhəmiyyətlidir.

31 may səhər saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunmasını da xatırladaraq bildiririk ki, bu əhalinin ictimai nəqliyyat imkanlarını artıran vacib faktordur.

Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik”, – BNA-nın müraciətində bildirilir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678