Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat həmkarını tənqid etdi

113 Baxış

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev həmkarı Kamal Cəfərov tənqid edib.

Oxu.Az-ın məlumatına əsasən, Q.Həsənquliytevin tənqidinə səbəb K.Cəfərovun dövlət qulluqçusu ilə deputat statusunu eyniləşdirmək cəhdi olub.

Q.Həsənquliyev qeyd edib:

“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı dövlət qulluqçularının hər 5 ildən bir imtahan verərək sertifikat alması ilə bağlı məsələyə toxundum. Deputat Kamal Cəfərov isə mənə cavabında Milli Məclisin deputatlarının da 5 il müddətinə seçildiyini qeyd etdi”.

Q.Həsənquliyev həmkarını deputatla dövlət qulluqçusunun səlahiyyətlərini ayırd edə bilməməkdə təqsirləndirib:

“Parlament seçkili orqandır, deputatlar xalq tərəfindən seçilirlər və mütəmadi xalq qarşısında hesabat verirlər. Deputatla dövlət qulluqçusunu eyniləşdirmək düzgün yanaşma deyil”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678