Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda yeni metrostansiyanın tikintisinə hazırlıq başladı

120 Baxış

Şərti adı “B4” olan metrostansiyanın inşası ilə bağlı ilkin hazırlıq mərhələsinə başlanılıb. 

Oxu.Az-ın məlumatına görə, bu barədə bu gün keçirilən tədbirdə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

O bildirib ki, burada ən müasir inşaat üsulundan istifadə ediləcək:

“İnşa prosesi zamanı divarlarda qrunt üsulundan istifadə ediləcək. Bu metodun ən böyük üstünlüyü məhdud ərazidə maksimum keyfiyyətli iş prosesinə zəmin yaradır. Tikinti ərazisində müvafiq “svay”ların vurulması ekoloji cəhətdən təmizliyi təmin edəcək. Eyni zamanda qatarların hərəkəti zamanı ətrafa yayılan səsi məksimum dərəcədə azaldacaq”.

Qeyd edək ki, şərti adı “B4” olan metrostansiya Cəlil Məmmədquluzadə küçəsi, H.Əliyev adına İdman Kompleksinin arxasında inşa ediləcək.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678