Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DYP: “Bakı-Sumqayıt yolundakı zəncirvari qəza barədə araşdırma aparılır”

133 Baxış

Ötən gün səhər saatlarında Bakı-Sumqayıt yolunun “Ekologiya postu”ndan keçən hissəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, “Mercedes” markalı, 99-UY-335 dövlət nömrə nişanlı avtomobil yolun hərəkət hissəsində dayanıb. Həmin yolda hərəkətdə olan “Nissan” markalı, 90-OS-731 dövlət nömrə nişanlı avtomobil “Mecedes”ə çırpılıb.

Eyni hərəkət istiqamətində gələn VAZ, “Ford”, “Mitsubishi” və KİA markalı avtomobillər də qəza törədən nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə zamanı hərəkət iştirakçıları arasında ölən və yaralanan olmayıb, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır:

“Ümumiyyətlə sükan arxasına oturan sürücülər yola çıxmazdan əvvəl ilk olaraq nəqliyyat vasitələrinin texniki cəhətdən normal vəziyyətdə olub-olmadığını yoxlamalıdırlar. Eyni zamanda nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsində hər hansı nasazlıq baş verdikdə belə sürücü avtomobili mümkün qədər tez yolun hərəkət hissəsindən kənara çıxarmalıdır. Əks halda ağır avtomobil qəzaları qaçılmaz ola bilər.

Bir nəfər sürücünün məsuliyyətsizliyi səbəbindən avtomobilin texniki cəhətdə saz vəziyyətdə olmaması digər sürücülərin də həyatını təhlükəyə ata və ya onlar üçün ciddi maddi zərərlə nəticələnə bilər”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678