Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətənpərvər mahnıların söz yazarı Cəlal Qurbanov: “Şəhidlərimizin övladları bizə əmanətdir” – VİDEO

117 Baxış

“Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bəs, görəsən dünya uşaqların hüquqlarını həqiqətən də lazımınca müdafiə edə bilirmi, uşaqları qoruya bilirmi?”

Vətənpərvər mahnıların söz yazarı kimi tanıdığınız nəğməkar-şair Cəlal Qurbanov Uşaqların Beynəlxalq Müdafiəsi Günündə mənfur qonşularımızın 30 ildə azərbaycanlı uşaqlara qarşı yürütdüyü dəhşətli zorakılıq siyasətinin nəticələrini xatırladıb. Həm də “Körpələrin səsi” adlı mahnının söz yazarı olan Cəlal Qurbanov qeyd edib ki, 193 azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb: “Təkcə Xocalı soyqırımında qətlə yetirilən 613 dinc sakinin 63-ü, yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsində isə səkkizi məktəbli olmaqla, 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, təmas xəttində yaşayan 34 uşaq erməni terrorunun qurbanı olub”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678