Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda manatla pul bazasının həcmi açıqlandı

122 Baxış

2021-ci il iyun ayının əvvəlinə olan göstəriciyə əsasən, Azərbaycanda manatla pul bazasının həcmi 13 milyard 856,8 milyon manat təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, pul bazasının həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 26,9 faiz, aylıq müqayisədə isə 4,3 faiz artıb. 

Qeyd edək ki, may ayının əvvəlinə olan göstəriciyə əsasən Azərbaycanda pul bazasının həcmi 13 milyard 281,6 milyon manat, 2020-ci il iyun ayının əvvəlinə isə 10 milyard 921,2 milyon manat təşkil edib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678