Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Veteran futbolçumuzu maşın vurub öldürdü – FOTO

111 Baxış

Bu gün günorta saatlarında “Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarovu avtomobil vurub. 

Bununla bağlı Oxu.Az-a Futbol Veteranları İttifaqının sədri Oktay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, S.Şıxlarov hadisə yerində keçinib:

“S.Şıxlarov işlədiyi Həndbol Federasiyasından maaşını alıb, dostlarının maşınından düşüb, yolu keçən zaman onu “Chevrolet” markalı avtomobil vurub. Hadisə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində saat 14:00 radələrində baş verib.”. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678