Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsi şəhidinin ailəsi üçün ev tikildi – FOTO

112 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə Vətən müharibəsinin şəhidi Asif Əlövsət oğlu Abışovun ailəsi üçün də fərdi yaşayış evi inşa etdirilərək təqdim edilib.

Nazirlikdən bildirilib ki, Bərdə rayonunun Lək kəndində yaşayan ailənin mənzil şəraiti nəzərə alınaraq, sosial tərəfdaş vasitəsilə ailə üçün ev tikintisi qərara alınmışdı. Tikinti işləri zamanı ailə üzvlərinin istək və təklifləri nəzərə alınmaqla, ev müasir tələblərə uyğun şəkildə tikilərək, tam təmirli halda ailənin istifadəsinə verilib.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya, fərdi yaşayış evi ilə təmin edlmələrinə görə minnətdarlıqlarını ifadə ediblər.

Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda savaşlarda şərəfli döyüş yolu keçən Asif Abışov Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə 6 noyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə yüksəlib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678