Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müharibə acısını çiynində daşıyan 4 yaşlı Xədicə – VİDEO

117 Baxış

Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da uşaqların müdafisəi günüdür. Ötən illərdən fərqli olaraq bu il uşaqların müdafiəsi günü ölkəmizdə bir qədər fərqli qeyd olunur. Söhbət erməni təcüvüzü nəticəsində öz yaxınlarını itirən uşaqlardan gedir. 

Balaca Xədicə 44 günlük müharibənin acısını gələcək həyatında ən ağır hiss edəcək uşaqlardan biri oldu. Dörd yaşlı balaca qızcığaz Ermənistan silahlı qüvvələri tərəfindən oktyabr ayının 17-si Gəncə şəhərinə atılan balistik raket nəticəsində atası Röyal Şahnəzərli, anası Züleyxa və iki yaşlı bacısı Mədinəni itirdi. Xədicə üçün ən yaxın olan insanlar həmin gecə dağıntılar altında qalaraq dünyasını dəyişdi. Balaca Xədicə isə hadisənin şokundan üç gün gözlərini açmadı. Artıq o dəhşətli terror aktından 7-ay keçir. Xədicə Şahnəzərli bu gün Samux rayonunda ana babası və nənəsinin himayəsində qalır. Baxçaya gedir, saymağı, oxumağı öyrənir. 

Bu gün balaca Xədicənin otağını müxtəlif gəlinciklər bəzəyir. Öz kiçik dünyasında baş verənlərdən xəbərsiz olan balaca Xədicə məsum baxışlarla gəlinciklərini əzizləyir, digər oyuncaqları ilə oynayır. Xədicəni sevənlər də onun ətrafındadır. Şahzədə olduğu bu oyuncaqlarla dolu otaqdan ayrılan zaman bəzən anasını arzulayır. İndi Xədicənin həyatda qalan və onu sonsuz sevgi ilə əhatə edən yaxınlarının arzusu Xədicəni ali məktəb tələbəsi görməkdir. 

Məlumat üçün bildirək ki, 17 oktyabrda Gəncə şəhərinin balistik raketlərlə hədəfə alınması nəticəsində Xədicə Şahnəzərlinin atası, anası və balaca bacısı ilə yanaşı 16 nəfər günahsız insan həyatını itirib. 

Ümumilikdə ölkənin ikinci böyük şəhəri Vətən müharibəsi zamanı oktyabr ayında 5 dəfə müxtəlif ağır raketlərlə hücuma məruz qalıb ki, nəticə etibarı ilə 26 nəfər mülki şəxs həyatını itirib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678