Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Distant Bilik” Mərkəzi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirdi – FOTO

138 Baxış

Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Müalicə alan məktəbyaşlı uşaqların Distant təhsil”i layihəsi çərçivəsində “Distant Bilik” Mərkəzinin təşkilatçılığı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə tədbir keçirilib.

Mərkəzdən bildirilib ki, tədbir zamanı “Distant Bilik” Mərkəzinin Rəhbəri Fuad Ağayev və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov Mərkəzdə müalicə olunan uşaqlara hədiyyələr təqdim edib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumtəhsil almaq hüququ təmini məqsədi daşıyan layihə, həmçinin uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların İKT savadlarının artırılmasına nail olmaq və potensiallarını nümayiş etdirmək üçün şərait yaradır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678