Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gün Vətən müharibəsi şəhidinin 23 yaşı tamam olur – FOTO

122 Baxış

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Əbdülrza Rəfibəylinin doğum günüdür.

Oxu.Az xəbər verir ki, Rəfibəyli Əbdülrza Şamməd oğlu 1998-ci il iyunun 2-də Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 49 ünvanında anadan olub.

O, 2004-2015-ci illərdə Bakı şəhəri Tahir İmanov adına 57 nömrəli tam orta məktəbi bitirib.

Məktəbi bitirdikdən sonra 2016-cı ildə Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdə artilleriyaçı olan Ə.Rəfibəyli 2018-ci ilin yanvar ayında xidmətini başa vurub.

Ötən il Vətən müharibəsi başlayan zaman N saylı hərbi hissədə təlimlərə qatılıb. Təlimlərdən sonra ötən il sentyabrın 27-də Füzuli rayonu N saylı hərbi hissəsindən artilleriyaçı kimi Vətən müharibəsinə qoşulub.

Ə.Rəfibəyli Füzulinin, Xocavəndin azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib. O, ötən il oktyabrın 23-də ildə Xocavənd yaxınlığında şəhidlik zirvəsinə ucalıb.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ə.Rəfibəyli ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678