Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Onlayn İctimai Nəzarət Platformasının təqdimatı – FOTO

126 Baxış

Bu gün Onlayın İctimai Nəzarət Platformasının (www.enezaret.az) təqdimatına dair mətbuat konfransı keçirilib. Bu platformanın məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə dair (yol, infrastruktur, abadlıq və s.) vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır. Boru sızması, məişət tullantılarının daşınmaması, yol örtüyünün dağılması, aşmış ağaclar, açıq lyuklar və.s problemlərlə rastlaşdıqda vətəndaşlar “WhatsApp” (055 4502013) və ya sayt vasitəsi ilə (www.enezaret.az) Enəzarət komandasına məlumatı çatdıracaq, platformanın vəkilləri isə problemlərin həlli istiqamətində müvafiq addımlar atacaq.

Mətbuat konfransında çıxış edən Açıq Hökümət platformasının koordinatoru Əliməmməd Nuriyev ölkəmizdə ictimai nəzarət və ictimai iştirakçılıq sahəsində qanunvericilik, ölkə rəhbərliyinin siyasi dəstəyi və son illərdə həyata keçirilən fəaliyyətlər haqqında məlumat verib.

Əliməmməd Nuriyev Onlayn İctimai Nəzarət Platformasının vətəndaşlar üçün bir çox imkanlar yaratdığını qeyd edib.

Tədbirdə salamlama sözü ilə çıxış edən USAID-in ölkə üzrə missiya direktoru Caydev Sinqh təmsil etdiyi qurumun Azərbaycan hökumətinə və xalqına dost münasibətini vurğulayıb, Azərbaycanda həyata keçirilən islahatlara USAID tərəfindən daima dəstək verildiyini qeyd edib.

Cənab Caydev oxşar platformanın ABŞ-da uğur qazandığını və eyni uğuru Azərbaycanda da görmək istədiyini bildirib. Layihənin icraçısı olan “MG Consulting” şirkətinin rəhbəri Məhəmməd Quluzadə ECSOFT layihəsi, Onlayn İctimai Nəzarət Platforması və platformanın iş mexanizmi barədə ətraflı məlumat verib. 

Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıqda həyata keçirilən pilot layihədir.

Tədbirin sonunda ECSOFT layihəsi çərçivəsində keçirilmiş “Korrupsiya ilə mübarizə” mövzusunda poster və video çarx ideyası müsabiqəsi üzrə qaliblərə mükafatlar təqdim edilib.

Əlavə məlumat üçün: [email protected]


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678