Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Moskvaya iş üçün gedənlərə şad xəbər: Prosedur sadələşdiriləcək

101 Baxış

Rusiyanın paytaxtı Moskvanın rəhbərliyi əmək miqrantları üçün icazələrin alınmasını sadələşdirəcək, çünki onların Rusiyaya girişindəki mövcud məhdudiyyətlər həddən artıqdır və paytaxtda kəskin işçi çatışmazlığı var.

“Vestnik Kavkaza” xəbər verir ki, bunu Moskva merinin müavini Vladimir Yefimov deyib.

“Hesab edirik ki, əmək miqrantlarının ölkəyə girişinə qoyulan, hələ qüvvədə olan məhdudiyyətlər mövcud vəziyyətdə həddindən artıqdır. Bütün bunlar əmək mühacirlərinin əmək dəyərinin bu gün 30 % artmasına səbəb olub və işçi qüvvəsi çatışmazlığı davam edir. Ümid edirik ki, bu mexanizmlər də yaxın gələcəkdə sadələşdiriləcək”, – deyə o bildirib.

Yefimov əlavə edib ki, federal səviyyədə fəaliyyət göstərən icazə proseduru çox mürəkkəbdir – bunu bütün işəgötürənlər və ilk növbədə inşaatçılar deyirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678