Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistandan keçən transərhəd çaylarımızın çirklənmə səviyyəsi AÇIQLANDI

118 Baxış

“Ermənistan ərazisindən keçən 4 transərhəd çayımızda müharibədən sonra aparılan monitorinq işləri və götürülən su nümunələrinin nəticələri göstərir ki, çirklənmə normadan çox yüksəkdir”. 

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi barədə danışarkən deyib. 

Onun sözlərinə görə, ən çox çirklənməyə Oxçuçay daha çox çirklənməyə məruz qalıb: 

“Bu çayın yaxınlığında yerləşən iki mədənin çirkab suları bu çaya axıdılır. Həmin çayın biomüxtəlifliyin tam məhv olma ərəfəsindədir”. 

O bildirib ki, Ermənistan tərəfindən 30 ilə yaxın dövrdə davam edən işğal zamanı ətraf, təbiət, su ehtiyatlarımıza ciddi ziyan vurub.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678