Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ətraf Mühit günü ilə əlaqədar Altıağac Milli Parkında tədbir keçirilir

128 Baxış

5 İyun – Beynəlxalq Ətraf Mühit günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Altıağac Milli Parkında tədbir keçirilir.

Oxu.Az-ın məlumatına görə, tədbirdə Nazirliyin əməkdaşları, rəsmi qonaqlar və media nümayəndələri iştirak edir.

Qeyd edək ki, dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il bu “Beynəlxalq Ətraf Mühit Günü” kimi qeyd olunur.

Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 İyun – “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678