Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətindən şəhid media nümayəndələri ilə bağlı ÇAĞRIŞ

113 Baxış

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Kəlbəcər rayonu ərazisində şəhid olmuş media nümayəndələri ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Çağrışda bildirilir:

“İyunun 4-ü saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobili erməni silahlı qüvvələri tərəfindən əraziyə yerləşdirilən minaya düşərək həlak olub, media nümayəndələri Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov AZƏRTAC xəbər agentliyinin əməkdaşı) və Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) ilə əlaqədar Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması günahsız insanların şəhid olmasına və Ermənistan hökümətinin bu günə kimi dəfələrlə müraciət edilməsinə rəğmən hələ də minalı ərazilərin xəritələrini təqdim etməməsi ilə bağlı çağırış edib. 

71 qeyri-hökümət təşkilatını özündə birləşdirən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması dünya ictimaiyyəti və beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa və minalanmış ərazilərin olduğu yerlər barədə məlumat verərək rəsmi Yerevanı beynəlxalq aləmin hüquq normaları ilə öhdəliklərini yerinə yetirmək üçün inandırmağa çağırırıb”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678