Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlı fermerlər mal-qarasını Kəlbəcərdəki yaylağa aparır – VİDEO

123 Baxış

Sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvanların işğaldan azad edilmiş Kəlbəcər rayonuna yaylağa aparılması ilə bağlı görüntülər yayılıb.

Videogörüntülər müzakirələrə səbəb olub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən görüntülərdə yaylağa aparılan mal-qaranın bir qismi dövlətin balansındadır:

“Heyvanların bir hissəsi isə Kəlbəcər rayonundan olan fermerlərə məxsusdur. Həmin şəxslərin sürünü yaylağa aparmaq barədə müvafiq dövlət qurumundan icazələri olduğundan mal-qara, eləcə də, sürünün yanındakı şəxslərin polis və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə təhlükəsizlik tədbirləri görülməklə qeyd edilən yaylağa aparılması təmin edilib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678