Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Füzuli və Ağdamın azadolma tarixləri də abunə kodlarında əks olunacaq

116 Baxış

“Ağdam və Füzuli rayonlarında da qeyri-əhali qrupuna daxil olan abunəçi kodları bu rayonların işğaldan azad edilmə tarixinə uyğunlaşacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.

V.Mustafayev bildirib ki, hazırda bununla bağlı işlər aparılır:

“Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o deməkdir ki, mövcud abunə kodları var. Amma hazırda texniki işlər aparılır və tezliklə bu rayonların qeyri-əhali qrupundan istehlakçılarının abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixi öz əksini tapacaq”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678