Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Könüllülər Baş katibini seçib, informasiya müharibəsi və zərərçəkənlərə yardıma davam dedilər – FOTO

145 Baxış

5 noyabr 2020-ci il tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqının fəaliyyət strategiyasına dair AKTİ Katibliyi və üzv təşkilatların rəhbər şəxsləri ilə iclas keçirilib.

İclas zamanı müharibə şəraiti dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək məqsədilə AKTİ-nin oktyabr ayı ərzində həyata keçirilmiş layihə və tədbirləri nəzərdən keçirilib. Könüllülərin “Mətbuat səngəri” layihəsi çərçivəsində informasiya müharibəsindəki və düşmən hücumlarından zərər çəkən vətəndaşlarımıza dəstək məqsədilə başlatdıqları “Birlikdə dəstək” adlı humanitar aksiya çərçivəsində aktiv faəliyyətləri müzakirə edilib. Eyni zamanda, üzv təşkilatlar tərəfindən irəli sürülən təkliflər müzakirə edilərək 2020-2022-ci il üzrə fəaliyyət strategiyası qəbul edilib.

İclasın gedişatında AKTİ-nin Baş katibi vəzifəsi üzrə açıq səsvermə keçirilib və İdarə heyətinin yekdil qərarı ilə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova Baş katib vəzifəsinə təyin olunub. 

Xatırladaq ki, ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət alması məqsədilə 22 avqust 2020-ci il tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təsis konfransı keçirilib. İttifaqın üzvləri “ASAN Könüllüləri” Təşkilatı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran-Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Diplomatiya Könüllüləri” Qrupu, “Gənc Könüllülər” Hərəkatı, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Ədliyyə Könüllüləri” İctimai Birliyi, “Könüllü Qida Nəzarətçisi” Proqramıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678