Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətəni əmanət etdiyimiz əsgərimizin beş azyaşlı övladı çətinliklə üz-üzədir – FOTO

141 Baxış

Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağda gedən Vətən Müharibəsinə qatılmaq üçün minlərlə şəxs orduya könüllü yazılıb və cəbhə bölgəsinə yollanıb.

Beş azyaşlı uşaq atası Şahin Rəhimov da könüllü olaraq vətənini qorumaq üçün bu sıralara yazılıb və cəbhəyə gedib.

Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, vətəni əmanət etdiyimiz ailə başçısının bizə əmanət olan ailəsi çətinliklə üz-üzədir.
Ailə qəzalı vəziyyətdə olan yataqxanada, bir otaqlı mənzildə yaşayır. Şahin Rəhimov günəmuzd işlədiyinə görə ailənin heç bir təminatı yoxdur. 

Bu ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etmək istəyənlərin aşağıda qeyd edilən nömrə ilə əlaqə saxlamaları xahiş olunur.

Əlaqə nömrəsi: 070-800-04-05


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678