Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputatdan əlillərlə bağlı yaranan problemlərin aradan qaldırılması üçün TƏKLİF

119 Baxış

Milli Məclisin iclasında deputat Əli Məsimli əlillik təyinatı və əlillərlə bağlı yaranan problemlərin aradan qaldırılması üçün təklif səsləndirib. 

Oxu.Az xəbər verir ki, Ə.Məsimli əlillərin işlə təmin olunmasının vacibliyini vurğulayıb. 

“Bir rəqəmə görə 7 min, digər rəqəmə görə isə 17 min saxta əlillik müəyyən edilib. Məsələ burasındadır ki, əlilliyin ləğv edilməsi zamanı həqiqi əlilliyi olan şəxslərin də hüquqları tapdalanıb”, – deyə Ə.Məsimli əlavə edib. 

Millət vəkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sual ünvanlayıb. 

“Nazirlik bu suala aydınlıq gətirsə, yaxşı olar. Hazırda əlillərin təminatı ilə bağlı maliyyə tutumu nə qədərdir? Qanunlara dəyişiklik qəbul edildikdən sonra maliyyə tutumu nə qədər olacaq? Bu suallara cavab verilsə, müəyyən etmək olar ki, qanunlara dəyişikliklər büdcəyə qənaətlə bağlıdır, ya yox!”, – deyə o bildirib.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678