Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda insafsız oğurluq: Yaşlı qadının çörəyini yeyib, pulunu oğurladı

124 Baxış

Bakıda kişi qadının evində yemək yeyib sonra da oğurluq edib.

Bu barədə məlumat sosial şəbəkədə jurnalist Ləman Əliəşrəfqızı tərəfindən ictimailəşdirilib.

Paylaşımda qeyd olunub ki, oğurluq edən şəxs qaçarkən müşahidə kamerasına düşüb:

“Hadisə qonşumuz Elmira adlı yaşlı qadının başına gəlib. Oğurluq edən şəxs Elmira nənənin bankomatdan pul çəkdiyini görüb. Yaxınlaşıb ona, əlindəki zənbilə kömək etmək təklifini edib. Elmira nənə də kimsəsiz qadındır, övladı yoxdur, tək yaşayır, bəlkə də həm də bu səbəbdən onunla evə qədər birlikdə gəlib. Yolda oğlan deyib ki, kirayə qalır, işsizdir, hətta səhər içdiyi yarım stəkan çayın üstündədir. Elmira nənə onu evinə dəvət edib, dolma qızdırıb, salat hazırlayıb. O, mətbəxdə bu işləri görəndə, “igid” də Elmira nənənin əl çantasında “səliqə-səhman” işləri görüb. Arvadın 300 manat pulunu qoyub cibinə, sonra da yarpaq dolması ilə salatdan nuş edib çıxıb aradan”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu istiqamətdə araşdırma aparılır:

“Məsələ ilə bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmanın yekun nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678