Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biofizika İnstitutunda doktorantura yaradılır – QƏRAR

114 Baxış

AMEA-nın Biofizika İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə biofizika (biologiya, tibb, fizika, texnika), biokimya (biologiya, kimya, tibb, texnika, aqrar elmlər), riyazi biologiya, bioinformatika (biologiya, riyaziyyat) ixtisasları üzrə doktorantura yaradılıb.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Bildirilib ki, 2017-ci ildən etibarən Biofizika İnstitutunun alim və mütəxəssisləri tərəfindən magistratura pilləsi üzrə, eləcə də fəlsəfə və elmlər doktoru hazırlığı üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə başlanılıb.

Lakin İnstitutda doktorantura mövcud olmadığı üçün yüksəkixtisaslı kadrların hazırlanması işi AMEA-nın və respublikanın digər elmi müəssisələrində məqsədli sifarişlər əsasında həyata keçirilib. Bu da bir sıra hallarda kadr hazırlığını institutun tələbləri səviyyəsində həyata keçirməyə maneə olur.

Qeyd edilib ki, qərarın qəbul ediməsi Biofizika İnstitutunda doktorant və dissertantların hazırlanmasının həyata keçirilməsinə imkan yaradır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678