Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Wolt” artıq Gəncədə!

127 Baxış

“Wolt” çatdırılma xidməti Gəncədə fəaliyyətə başlayır! 

“Wolt”un “Apple” tərəfindən mükafatlandırılmış servisi ciddi təlim keçmiş kuryerləri və isidilmiş xüsusi çatdırılma çantaları ilə müştərilərə ən yüksək səviyyəli xidmət təklif edir. 

Bir çoxlarının səbirsizliklə gözlədiyi an, nəhayət ki, gəlib çatdı! Bu gündən etibarən Gəncə şəhərinin sakinləri “Wolt” ilə ən sevimli yeməklərini sürətli çatdırılma ilə sifariş edə bilərlər! Müştərilər “McDonald’s” və KFC kimi populyar brendlərdən və həmçinin bir çox dadlı yerli restoranlardan sifariş yerləşdirmək imkanına malikdirlər və iyun ayının sonunadək bütün sifarişlərdə çatdırılma xidməti PULSUZDUR! 

Hazırda “Wolt” tətbiqində minimal sifariş həcmi cəmi 6 AZN təşkil edir və həm kredit kartı, həm də nağd ödəniş etmək imkanı mövcuddur. 

“Wolt” tətbiqindən necə istifadə etmək olar?: 

1. Wolt tətbiqini yükləyin və ya wolt.com saytından sifariş edin.

2. Sevimli restoranınızı seçin.

3. Sifarişinizi qurun və onun evə çatdırılacağını, özünüzün götürəcəyini və ya restoranda yeyəcəyinizi müəyyənləşdirin.

4. Çatdırılma seçimini etsəniz, siz real vaxtda sifarişin hansı mərhələdə olduğunu görəcəksiniz və hətta onun xəritədə sizə yaxınlaşmasını izləyə biləcəksiniz.

5. Ödəniş seçiminizdən asılı olaraq, məbləğ avtomatik olaraq sizin kartınızdan tutulur və ya çatdırılma zamanı nağd olaraq götürülür. Sifariş çatdırıldıqdan sonra qəbzlər sizin elektron poçtunuza göndərilir.

“Wolt” haqqında: 

“Wolt”un əsası 2014-cü ildə Helsinki şəhərində qoyulub və bu gün şirkət 3000-dən artıq işçisi ilə 23 ölkədə faəliyyət göstərir. Texnoloji şirkət olmasından əlavə, “Wolt” çox güclü əməlliyat sistemi və fundamenti qurmağı bacarıb. “Wolt” 129 şəhərdə 30 000-dən çox restoran və pərakəndə satış nöqtəsi və 60 000-dən çox kuryer partnyor ilə əməkdaşlıq edir.  Xatırladaq ki, “Wolt” şirkəti Bakıda fəaliyyətinə 15 iyul 2019-cu il tarixində başlayıb və daha öncə bu ilin mart ayında Sumqayıt şəhərində də çatdırılma xidmətini aktivləşdirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678