Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mübariz İbrahimovun şəhadətindən 11 il ötür – FOTOREPORTAJ

116 Baxış

Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun şəhid olmasından 11 il ötür. 

Oxu.Az-ın əməkdaşı onun dəfn olduğu İkinci Fəxri xiyabana baş çəkib. 

Anım günündə insanlar qəhrəmanımızın məzarını ziyarət edib, onun ruhuna dualar oxuyublar.

M. İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub.

Təsdiq edilməmiş versiyalara görə, 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov təkbaşına Ermənistanla o zamankı cəbhə xəttindəki bir kilometrlik minalanmış sahəni keçib.

Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, beş saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olub.

Prezident İlham Əliyev həmin il Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Qəhrəmanımızın anım günündən fotoları təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678