Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Üç medallı 20 yaşlı qazimiz Türkiyəyə müalicəyə yollandı

120 Baxış

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu ötən gün müalicə üçün Türkiyəyə göndərilib.

Bu barədə Oxu.Az-a onun atası İlqar Alxasov məlumat verib.

Qazimizin atasının sözlərinə görə, oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib:

“Camal dünən səhər saatlarında Türkiyəyə yola düşüb. Orada digər qazilər kimi onun üçün də yüksək texnologiyalı protez hazırlanacaq. Ümid edirəm ki, hər şey çox yaxşı olacaq, Camal da sağ-salamat evinə geri qayıdacaq”.

Qeyd edək ki, Vətən müharibəsində şərəfli döyüş yolu keçən, Sumqayıt sakini Camal Alxasov Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678