Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda üç yeni məktəbin tikintisi tamamlanıb – RƏSMİ

96 Baxış

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 22 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.

Oxu.Az xəbər verir ki, bu barədə idarədən məlumat verilib. 

Bildirilib ki, altı məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub.

Eyni zamanda ehtiyac olan ərazilərdə üç yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan ərazilərdə dörd yeni məktəbin (Binə qəsəbəsi və Binəqədi rayonu ərazisində) tikintisi davam etdirilir.

Bir məktəbin sökülərək yenidən tikintisi tamamlanmaq üzrədir. İki məktəbin əsaslı təmiri və əlavə korpusunun tikintisi, bir məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri davam etdirilir.

Bununla yanaşı daha iki məktəbin köhnə korpuslarının sökülərək, yenidən tikintisi, iki məktəbin qəzalı binasının sökülərək yeni korpusun inşası və bir məktəbin əsaslı təmiri nəzərdə tutulur.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678