Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəki sakinindən silah arsenalı aşkarlandı – FOTO

109 Baxış

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinə şəhər sakini Abdullətif Bayramovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin zirzəmisindən “Makarov” və “Naqan” tipli tapançalar, onlara aid 22 ədəd patron, bir ədəd lüləsi kəsilmiş və bir ədəd qoşalülə ov tüfəngləri, həmçinin pnevmatik TİR tüfəngi, idman tapançası və ona aid altı ədəd giliz, qırmalar və pistonlar, beş ədəd bıçaq aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678