Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid jurnalistlərlə bağlı Mançesterdə aksiya keçirildi – FOTO

119 Baxış

Azərbaycanlılar BBC-nin Mançester şəhərindəki binası qarşısında aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Böyük Britaniyada fəaliyyət göstərən “Natavan Qrup”u və Britaniya Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə BBC teleradioyayım korporasiyasının Mançester şəhərindəki binası qarşısında aksiya keçirilib.

Aksiya Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqət cəlb etmək  məqsədi ilə təşkil olunub.

Aksiya iştirakçıları hazırladıqları bəyanatı BBC rəsmisinə təqdim edib və  beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərinə, azərbaycanlı jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən həlak olmasına biganə qalmamağa, ölkəmizin haqlı və ədalətli mövqeyini müdafiə etməyə çağırıblar.

Aksiya zamanı yerli sakinlərə Ermənistanın törətdiyi hərbi cinayətlər və təxribatlar barədə ətraflı məlumat verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678