Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Fərdi elektron pəncərə”dən qeydiyyat orqanı kimi istifadə ediləcək – QƏRAR

156 Baxış

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişiklik edilib.

Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na 1.3-1-ci və 1.8-1-ci bəndlər əlavə edilib.

1.3-ə edilən əlavəyə əsasən, qeyri-hökumət təşkilatları qrant müqavilələrinin qeydə alınmasının qeydiyyat orqanının “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər.

1.8-ə edilən əlavəyə əsasən, qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı qeydiyyat orqanının “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda elektron qaydada istifadə edilir.

Bununla da, elektron müraciət əsasında əldə edilmiş sənədlərdən və yaxud kağız daşıyıcılarda Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə həyata keçirilməsi müəyyən edilib.

Qeyd edək ki, bu kimi sənədlərin təqdim olunması bu vaxtadək yalnız kağız daşıyıcılarda həyata keçirilirdi. Bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarlarında  dəyişiklik edilərək uyğunlaşdırılma aparılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678