Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəki sakinlərindən odlu və soyuq silahlar aşkar edilib – FOTO

126 Baxış

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayon sakinləri Abdullətif Bayramovun və Qorxmaz Teymurovun qanunsuz odlu və soyuq silahlar saxlamaları barədə əməliyyat məlumatı daxil olub. 

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, məlumat yoxlanılıb və təsdiqini tapıb. 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Bayramovun evinin zirzəmisinə baxış zamanı oradan “Makarov” və “Naqan” markalı iki tapança, bir ədəd lüləsi kəsilmiş tüfəng, iki ədəd ov tüfəngi, bir ədəd idman tapançası, bir ədəd pnevmatik TİR tüfəngi, 22 ədəd patron, bir ədəd patron darağı, doqquz ədəd giliz, beş ədəd bıçaq, qırma və piston aşkar edilərək götürülüb.

Q.Teymurovun yaşadığı evə baxış zamanı isə oradan 14 ədəd bıçaq və xəncər, habelə ona məxsus sexə baxış zamanı 55 ədəd bıçaq aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678