Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıətrafı göllərin bərpası nəzərdə tutulur

134 Baxış

“Bu gün Bakının doqquz gölünün, o cümlədən Böyük Şor, Zığ gölü, Bülbülə gölü, Binəqədi gölü, Lökbatanda Üçgölün reabilitasiyası və tezliklə bərpası nəzərdə tutulur”.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində gedən “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O bildirib ki, bir neçə ildən sonra sözügedən göllərin bərpası ilə bağlı nəticələr olacaq:

“Çirklənmiş ərazilərin bərpası məhz bu sahələrin düzəlməsinə kömək edəcək. Hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli isə əlavə edib ki, Bakının Baş Plan çərçivəsində yaşayış komplekslərinin 85 %-nin tamamilə kanalizasiya şəbəkəsi ilə təmin olunması planlaşdırılır.

Hal-hazırda paytaxtın ərazisində kanalizasiya şəbəkəsinin təmini 50 faizdir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678