Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xaçmazda avtomobil elektrik dirəyinə çırpılıb, enerjinin verilişində fasilə yaranıb – FOTO

123 Baxış

Xaçmazda yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Mirəliyev Elxan Nəcməddin oğlunun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil idarəetmədən çıxaraq, yüksək gərginlikli elektrik dirəyinə çırpılıb. Zərbənin gücündən elektrik dirəyi aşaraq, qaz və rabitə xətlərini də sıradan çıxarıb.

Qəza zamanı sürücü xəsarətlər alıb.

Qəza səbəbindən ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678