Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir: “Azərbaycan hər zaman beynəlxalq hüquqa riayət edilməsinin tərəfdarı olub”

269 Baxış

Azərbaycan hər zaman beynəlxalq hüquqa riayət edilməsinin tərəfdarı olub. 

Oxu.Az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov deyib. 

O bildirib ki, proseslər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü ilə başlayıb:

“Bu proses 2010-cu ildə bu BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyini nümayiş etdirdi. 

“Bakı Prosesi” çərçivəsində həyata keçirilən kampaniyaya 180-dən çox xarici dövlətin nümayəndəsi qoşuldu. Onlar bu çərçivədə həyata keçirilən beş mədəniyyətlərarası forumda iştirak etdi. Bu forumlara 10 mindən çox şəxs qatıldı. Forumlar bir çox sferaları əhatə edib, hətta biznes nümayəndələri də “Bakı Prosesi” çərçivəsində təşkil edilən forumlarda iştirak ediblər”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678